Azərbacan sərhədindən qanunsuz keçən şəxs axtarışa verilib
Azərbaycanın hüquq-mühafizə orqanları ölkə sərhədlərini pozmuş şəxsi beynəlxalq axtarışa verib. Lent.az İnterpool-a istinadən xəbər verir ki, Cəlilabad rayon sakini olan 45 yaşlı Tacəddin Əliyev barəsində “qırmızı xətt” üzrə bülleten açılıb. Onun xarakterik əlamətləri bülletenə əlavə edilib.
İnterpolun saytında T.Əliyevin 2005-ci ildə çəkilmiş fotosu yerləşdirilib. Qeyd edilib ki, axtarışa verilmiş şəxsin boyu 18 santimetr, çəkisi 105 kiloqram, saçının və gözünün rəngi qaradır.
Axtarışlar davam etdirilir.