azia.az
azia.az

“Mərkəz” Plazanın fəaliyyəti dayandırılıb - FOTO

7-08-2021, 12:43

“Mərkəz” Plazanın fəaliyyəti dayandırılıb - FOTO
Sumqayıt şəhər İcra Hakimiyyətinin monitorinq qrupu və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində şəhər ərazisində qapalı məkanlarda növbəti reyd keçiriblər.

Azia.az APA-ya istinadən bildirir ki, reyd zamanı işçilərin vaksinasiya prosesindən keçib-keçmədikləri yoxlanılıb, onlarla profilaktiki söhbətlər aparılıb.

Keçirilən monitorinqlər zamanı məlum olub ki, bir çox qapalı məkanlarda tibbi maskadan istifadə olunmur, dezinfeksiyaedici məhlullar isə mövcud deyil.

Obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.

Şəhər ərazisində fəaliyyət göstərən "Osmanlı" kafesi və "Papa Johns"un Sumqayıt filialı, "Dermamed" Estetik Mərkəzi və qanunsuz fəaliyyət göstərən masaj salonları qanunvericiliyin tələblərinə uyğun olaraq cərimələniblər.

Təşkil olunan reyd zamanı Sülh prospektində yerləşən "Mərkəz" Plazada heç bir karantin qaydalarına riayət olunmadığı aşkarlanıb. Məlum olub ki, burada fəaliyyət göstərən bir çox obyektlərdə karantin rejimi kobud şəkildə pozulub.

Plazanın fəaliyyəti tamamilə müvəqqəti məhdudlaşdırılıb və nöqsanların aradan qaldırılması üçün rəhbərliyə göstəriş verilib.

“Mərkəz” Plazanın fəaliyyəti dayandırılıb - FOTO
Tədbir zamanı polislər tərəfindən sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.

Reyd zamanı, həmçinin, avtobuslarda maskadan istifadə etməyən sərnişinlər də Polis əməkdaşları tərəfindən müəyyən edilərək cərimələniblər.

Belə hallara yol verən avtobus sürücüləri barəsində də ciddi tədbirlər görülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi