8 min dollar alıb qaytarmadı
Bakıda baş vermiş daha bir dələduzluq əməli ilə bağlı polisə məlumat daxil olub. Lent.az xəbər verir ki, 1949-cu il təvəllüdlü Şükürov Paşa Ağa oğlu Xətai rayon Polis İdarəsinə şikayət ərizəsi yazaraq bildirib ki, 2015-ci ilin noyabrında Kamran adlı şəxs onun etibarından sui-istifadə edərək 8 min dollar alıb. Lakin həmin şəxs pulu qaytarmayaraq dələduzluq edib.
Müraciət əsasında araşdırma aparılır.