Sürücünün üstünə silah çəkib, daşıdığı pulu apardı
Bakı şəhərinin Badamdar qəsəbəsi ərazisində quldurluq hadisəsi baş verib.
azia.az-ın Lent.az-a istinadən məlumatına görə, Lənkəran rayonunun Burcəli kənd sakini, 1987-ci il təvəllüdlü Kərimov Emil Vaqif oğlu polisə müraciət edərək bildirib ki, taksi kimi istifadə etdiyi "Mercedes" markalı avtomobildə müşçtərinin hücumuna məruz qaldığını bildirib. Lənkəranla Bakı arasında taksi kimi müştəri daşıyan E.Kərimov bildirib ki, paytaxta gələrkən Badamdar qəsəbəsi yaxınlığında şəxsən tanımadığı müştəri onun üstünə bıçaq çəkib. Həmin şəxs sürücünün üzərindəki 30 manatı, telefonunu və başqa şəxsə çatdırmalı olduğu 2 min manatı alaraq avtomobildən düşüb.
Faktla bağlı araşdırma aparılır.
azia.az