azia.az
azia.az

Böyük Britaniyanın ən iri bankları ölkəni tərk edə bilərlər

23-10-2016, 10:30

Böyük Britaniyanın ən iri bankları ölkəni tərk edə bilərlər
Böyük Britaniyanın ən iri bankları “Brexit”ə görə 2017-ci ilin əvvəlinə qədər, kiçik maliyyə təşkilatları isə cari ilin sonuna qədər ölkəni tərk edə bilərlər.

Oxu.Az-ın Lenta.ru-ya istinadən məlumatına əsasən, belə proqnozu Britaniyanın bankirlər assosiasiyasının prezidenti Entoni Braun “The Guardian” nəşrində dərc olunmuş məqaləsində verib.

Onun fikrincə, “ictimai və siyasi müzakirələr Birləşmiş Krallığı yanlış istiqamətə yönəldir”.

““Brexit” iqtisadiyyatın digər sahələri ilə müqayisədə bank işinə daha çox təsir edəcək. Söhbət bankların xidmət göstərmək üçün lazımi hüquqlarla təmin olunmasından gedir” - Braun qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi