azia.az
azia.az

Şotlandiya müstəqilliyini elan edə bilər

17-04-2016, 19:07

Şotlandiya müstəqilliyini elan edə bilər “Böyük Britaniyanın Avropa İttifaqından çıxacağı təqdirə Şotlandiya müstəqilliklə bağlı təkrar referendum keçirmək hüququna malik olmalıdır”.

APA-nın “Reuters” aentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Şotlandiya Milli Partiyasının sədri Nikola Stercen bəyan edib.

N. Stercen deyib ki, əgər Avropa İttifaqından çıxmaq şotland xalqının iradəsinə zidd olarsa, Şotlandiya müstəqilliklə bağlı təkrar referendum keçirmək hüququna malik olmalıdır. Onun sözlərinə görə, əgər 2014-cü illə müqayisədə şotland xalqının fikri dəyişsə və əksəriyyət ölkəni müstəqil görmək istəsə, referendum mütləq keçirilməlidir.

Qeyd edək ki, 2014-cü ilin martında keçirilən referendum zamanı şotlandların 55 faizi Şotlandiyanın Böyük Britaniyanın tərkibində qalmasına səs verib. Ancaq bu yaxınlarda aparılan sosioloji sorğunun nəticəsi göstərib ki, əgər yenidən referendum keçirilərsə, şotlandların yarıdan çoxu müstəqilliyə səs verər. Bu ilin martında N. Stercen də partiyanın yeni referendum keçirilməsi uğrunda mübarizəyə başladığını, ancaq əhalini “qorxutmağ”ı planlaşdırmadıqlarını bəyan edib. Partiya yeni siyasətini yaydan, yəni mayda yerli parlamentə keçirilən seçkilərdən və Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı iyunda keçiriləcək referendumdan sonra reallaşdırmağa başlayacaq. Bundan əvvəl N. Stercen onu da bəyan etmişdi ki, əgər referenduma şotlandlar Böyük Britaniyanın qalan hissəsindən fərqli olaraq Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalmasına səs verərsə, Şotlandiyanın müstəqilliyi uğrunda referendum keçirilməlidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi