Britaniyanın Aİ-dən çıxmasının tərəfdarları artır
“Opinium” şirkəti Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalıb-qalmamasına dair keçiriləcək referendum ərəfəsində sosioloji sorğu keçirib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, britaniyalı respondentlərin 43 faizi Aİ-nin tərkibində qalmağı dəstəkləyib.
Sorğuda iştirak etmiş respondentlərin 41 faizi isə Britaniyanın Aİ tərkibində qalmağı dəstəkləyiblər, 16 faizi isə suala cavab verməyə çətinlik çəkiblər.
Sorğu mayın 31-dən iyunun 3-dək keçirilib və 2 min nəfəri əhatə edib.