azia.az
azia.az

Xatirə Kitabı Redaksiyası Naxçıvanda Şəhidlərin xatirəsini əbədiləşdirir

16-11-2021, 09:35


Xatirə Kitabı Redaksiyası Naxçıvanda Şəhidlərin xatirəsini əbədiləşdirir
Xatirə Kitabı Redaksiyası Naxçıvanda Şəhidlərin xatirəsini əbədiləşdirir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası bu vaxta qədər Vətənpərvərlik ruhunda bir sıra kitablar nəşr etdirmişdir. Növbəti kitab Ali Baş Komandan cənab İlham Əliyevin göstərişinə əsasən Vətən Müharibəsi Şəhidlərinə həsr edilib. Göstərişə əsasən redaksiyanın əməkdaşları bölgələrdə olaraq onların məlumatlarını toplamaqla məşğuldur. Bununla bağlı Redaksiyanın əməkdaşı Vüqar Əsgərov neçə gündür Naxçıvan Muxtar respublikasında ezamiyyətdədir. Məlumatların toplanması ilə yanaşı, bu bölgənin ziyalıları ilə görüşlər keçirir və gördüyü işlər barədə redaksiyamıza məlumat verir. Bu görüşlərdən biri də Naxçıvan Dövlət Universitetində baş tutub. Rektor və universitetin professor, müəllim heyəti ilə görüşüb. Həmçinin, Ali Məclisin nümayəndələri, Mədəniyyət və Gənclər və İdman Nazirinin müavinləri ilə səmərəli görüşlər keçirib.

Naxçıvan Dövlət Universitetində baş tutan görüşdə iştirak ediblər:
Pedaqoji Fakültə, FTM və texnologiya müəllimliyi kafedrasının müdiri. Dossent Mətanət Quliyeva,
Azərbaycan Tarixi kafedrasının müdiri professor Zəhmət Şahverdiyey, Naxçıvan Muxtar Respublikasının mMədəniyyət nazirinin müavini Həsən müəllim və başqaları.
Xatirə Kitabı Redaksiyası Naxçıvanda Şəhidlərin xatirəsini əbədiləşdirir
Xatirə Kitabı Redaksiyası Naxçıvanda Şəhidlərin xatirəsini əbədiləşdirir
Xatirə Kitabı Redaksiyası Naxçıvanda Şəhidlərin xatirəsini əbədiləşdirir
Xatirə Kitabı Redaksiyası Naxçıvanda Şəhidlərin xatirəsini əbədiləşdirir
Xatirə Kitabı Redaksiyası Naxçıvanda Şəhidlərin xatirəsini əbədiləşdirir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi