azia.az
azia.az

Sahib İbrahimov: “Məni susdurmaq üçün barəmdə cinayət işi açdılar”

4-04-2019, 15:27

Sahib İbrahimov: “Məni susdurmaq üçün barəmdə cinayət işi açdılar”“Mən bu gün kirayədə yaşayıram. Banklar evlərimi əlimdən alıblar. Bir neçə gün öncə uşaqlarımı da məktəbdən çıxarıblar. Onlar da mənim kimi ev dustağına çevriliblər. Anlamadığım bir şey var, sizin təzminat ödənişi göstərişinizi 11 ildir yerinə yetirmirlər. 11 ildə 4 övladım, 2 nəvəm dünyaya gəlib. Bütün ailə tam bir fəlakətdə yaşayır”- hazırda ev dustağı olan iş adamı Sahib İbrahimov özünün facebook profili üzərindən ölkə rəhbərliyinə videomüraciətdə belə deyib. İş adamı S.İbrahimov dələduzluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.
Sahib İbrahimov “Yeni Müsavat”a deyib ki, Bakının Səttar Bəhlulzadə 14 ünvanında onun şirkəti tərəfindən inşa olunan binanın sökülməsinə və ona təzminat verilməsinə göstəriş verilib: “Mənə tapşırıq verilib, yerinə yetirmişəm. Sözü verilən təzminatla, mənə dəymiş ziyan ödənilməyib. Mən cinayətkar deyiləm. Mənə qarşı təqiblərə son qoyulmasını, cinayət işinə xitam verilməsini istəyirəm”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi