azia.az
azia.az

“MTN işi”ndə zərərçəkənlər çoxmərtəbəli binanın damına çıxıb intihar etmək istəyirlər - TƏCİLİ

14-06-2017, 16:09

“MTN işi”ndə zərərçəkənlər çoxmərtəbəli binanın damına çıxıb intihar etmək istəyirlər - TƏCİLİ


“MTN işi” üzrə zərərçəkənlər Sahib Kamal oğlu Qurbanov və Zaur Siyavuş oğlu Əzimov “Xətai” metrostansyasının yaxınlığında “Estetik” klinikası ilə üz-üzə çoxmərtəbəli binanın damına çıxıb intihar etmək istəyirlər.

S.Qurbanov “Yeni Müsavat” əməkdaşına deyib ki, onlar zərərçəkən ola-ola özlərinə qarşı qondarma cinayət işi başlanmasına etiraz edirlər:

“Məndən 90 min, Zaurdan 280 min dollar alıblar. Şikayət edirik, qaytarmamaq üçün bizə saxta cinayət işi başladırlar.

Dərdimizi, sözümüzü kimə deyək, bilmirik. Zauru həbs etdirirlər, mənə də xəbər yollayıblar ki, səni də həbs etdirib həbsdə məhv edəcəyik. Ona görə də intihar etmək qərarına gəlmişik. Onların əlində ölməkdənsə, burada ölmək daha yaxşıdır. Zərərçəkən bizik, bizi də tuturlar. İşimiz məhkəmədədir. İş hakim Elbəy Allahverdiyevdədir”.
[justify][/justify]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi