Abşeron rayonunda oğul anasını balta ilə bir neçə hissəyə doğrayaraq özünü körpüdən aşağı atıb.azia.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Xırdalan şəhəri, Xətai küçəsində yerləşən fərdi yaşayış evinin həyətində baş verib.
Belə ki, 1993-cü il təvvəllüdlü İbrahimov Həsən Daşqın oğlu balta ilə anası, 1965-ci il təvəllüdlü Əliyeva Nərgiz Çingiz qızının əvvəlcə başını kəsib, daha sonra isə bütün bədənini bir neçə hissəyə ayırıb.
Bundan sonra H.İbrahimov Bakı-Sumqayıt şossesindəki körpünün üzərinə çıxaraq özünü aşağı atıb. H.İbrahimov hadisə yerində ölüb. Hər iki meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb. Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.
N.Əliyeva Türkiyədən Bakıya geyim əşyaları gətirərək səyyar satıcılıqla məşğul olub. Hadisə bayram günü, yəni martın 20-si günorta saatlarında baş verib.