Samuxda qardaş baçısını qətlə yetirdi
Samuxda qətl hadisəsi baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Samuxun Hacallı kəndində qeydə alınıb.
Kənd sakini, 1984-cü il təvəllüdlü Cavad Həsənov bacısı, 1986-cı il təvəllüdlü Gülnarə Həsənovanı boğaz nahiyəsindən bıçaqlayıb. Qadın hadisə yerində ölüb. Qətl hadisəsi Gülnarə Həsənovanın övladının gözü qarşısında törədilib. Bir neçə ay əvvəl həyat yoldaşından ayrılan mərhumənin 3 uşağı var.
Məlumata görə, Cavad Həsənov cinayəti törədən zaman içkili olub. Mərhumənin anası Elnaz Həsənova bildirib ki, qızı ilə oğlu arasında münasibətlər bir müddət əvvəl pozulub. Bir neçə dəfə mübahisələri olsa da, bu gün içkili vəziyyətdə toydan qayıdan qardaş bacısını qətlə yetirib. Hüquq mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cavad Həsənov saxlanılıb.
Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.