Venesuela ölkədə davam edən iqtisadi böhrana baxmayaraq, Trampın seçkiqabağı fonduna 500 min dollar köçürüb.
azia.az APA-ya istinadən xəbər verir ki, bu barədə “CNBC News” telekanalı məlumat yayıb.
Məlumata görə, Venesuelanın PVDSA dövlət neft şirkətinin ABŞ-dakı törəmə “Citgo Petroleum” şirkəti, habelə “JP Morgan Chase” və “Exxon” korporasiyaları fondun ən iri korporativ donorları olub.
Bu məlumatlar Venesuela prezidenti Nikolas Maduronun əleyhinə etirazların qızışdığı bir vaxtda ortaya çıxıb.
Ağ ev hələlik bu məlumatları şərh etmir.