azia.az
azia.az

“Ukrayna bu müharibəni mütləq udacaq, amma…”

30-05-2022, 09:21


“Biz hər şeyin döyüş meydanında həllinə qərar versək, yüz minlərlə qurbanlar bahasına başa gələcək”
“Ukrayna bu müharibəni mütləq udacaq, amma…”
“Avropa İttifaqı Ukraynanın alyansa üzvlük məsələsində qəti mövqeyini ifadə etməlidir”
Zelenski Krımın və Donbasın qaytarılması planını və Putinlə görüşünün şərtini açıqlayıb
Ukrayna prezidenti Vladimir Zelenski əmindir ki, Ukrayna Rusiya ilə müharibəni udacaq, bu da Ukraynanın bütün ərazilərinin, o cümlədən Krımın və Donbasın qaytarılmasını nəzərdə tutur.
Xəbər verilir ki, bu barədə o, Niderlandın NOS telekanalının “Xəbər saatı” proqramının jurnalistlərinə müsahibəsində bəyan edib.
Onun sözlərinə görə, hər şeyi döyüş meydanında əldə etmək mümkün deyil.
“Düşünmürəm ki, biz bütün ərazilərimizi hərbi yolla özümüzə qaytara bilərik. Əgər biz buna qərar versək, bu, bizə yüz minlərlə vətəndaşımızın həyatı bahasına başa gələcək. Bu, dəqiqdir. Hər bir ukraynalı Donbasın da, Krımın da qaytarılmasını istəyir. Düşünürəm ki, biz
rusiyalıların ölkəmizə hərbi müdaxilə etdiyi 24 fevrala qayıtmalıyıq. O zaman ərazilərimizin diplomatik yolla bərpası barədə danışmaq olar”, – Zelenski belə deyib.
O, vurğulayıb ki, vəziyyət 24 fevraldakı sərhəd xəttinə dönəndən sonra Rusiya danışıqlar masası arxasına əyləşəcək. Onun sözlərinə görə, bu zaman yalnız Rusiya prezidenti ilə danışmağın mənası olacaq.
“O, elə bir dövlət formalaşdırıb ki, heç kim qərarlar verə bilməz. Fərq etməz, xarici işlər naziri olsun. Fərq etməz, o, bizimlə danışığa nümayəndə heyəti göndərsin. Bu adamların hamısı, təəssüf ki, heç nə deməkdir”, – Zelenski qeyd edib.
Jurnalistlərlə söhbətində Ukrayna prezidenti Niderlandın baş naziri Mark Rüttedən Ukraynanın Avropa İttifaqına daxil olması barədə mövqeyini açıqlamasını xahiş edib:
“Əgər siz düşünürsünüz ki, bizə Avropa İttifaqında yer yoxdur, bunu açıq və dəqiq deməlisiniz”.
Xatırladaq ki, bundan öncə Böyük Britaniyanın baş naziri Boris Conson Zelenskiyə Avropa İttifaqının ölkəsinin öz sıralarına qəbulu prosesini uzadacağı təqdirdə yeni beynəlxalq alyansın yaradılmasını təklif edib.
Hazırda Zelenski Avropa sammitində Avropa İttifaqına namizədlik məsələsinin taleyinin həllini gözləyir. Bu sammit iyunun 23- də keçiriləcək.
Cavab mənfi olarsa, Ukrayna prezidenti Consonun təklifinə daha ciddi yanaşa bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi