Ukrayna “xalqı” qərarını VERDİ – Bu ərazilər Rusiyanın tərkibinə QATILIR
Ukraynanın azad edilmiş cənub əraziləri Rusiyanın daha bir regionuna çevriləcək.
Azia.az xəbər verir ki, bunu RİA-Novostiyə açıqlamasında Krım Respublikası Nazirlər Şurası sədrinin müavini – Krım Respublikasının Rusiya Federasiyası Prezidenti yanında daimi nümayəndəsi Georgi Muradov deyib.
“Mən şübhə etmirəm ki, keçmiş Ukraynanın cənubunda azad edilmiş ərazilər Rusiyanın daha bir regionuna çevriləcək. Bu, region əhalisi ilə ünsiyyətimizdən sonra qiymətləndirdiyimiz kimi, səkkiz il ukronasistlərin repressiya və zorakılığı şəraitində yaşamış xalqın öz iradəsidir. Rusiya bundan sonra soydaşlarımızın fundamental hüquqlarının tapdalanmasına, Qərbin sifarişi ilə rus dünyasına cəzasız olaraq atəş açmasına imkan verməyəcək”, – deyə Muradov qeyd edib.
Onun sözlərinə görə, vaxtilə Ukraynaya “hədiyyə olunan” cənub-şərq əraziləri, tarixi Tavrida ərazisi kimi hər zaman rus olub, orada rusdilli əhaliyə yaxın insanlar yaşayır.
“Bizim ümumi mədəniyyət kodumuz var. Artıq bu gün biz insanların dinc həyatı haqqında düşünürük. Bu ərazilərdə hərbi-mülki administrasiyalar formalaşır, Rusiya telekanalları bura gəlib, məktəblərdə rusca dərsliklər peyda olub, rus rublu regionun iqtisadi həyatına uğurla daxil olur”, – daimi nümayəndə vurğulayıb.
Qeyd edək ki, Rusiya hərbçiləri Ukraynada apardıqları xüsusi əməliyyat zamanı ölkənin cənubundakı Xerson vilayətinin bütün ərazisini və Zaporojye vilayətinin Azovyanı hissəsini nəzarətə götürüb.
Bu ərazilərdə hərbi-mülki administrasiyalar formalaşdırılıb, Rusiya telekanallarının və radiolarının yayımına başlanılıb, Krımla ticarət əlaqələri bərpa olunur.
Hakim “Vahid Rusiya” Partiyasının Ümumi Şurasının katibi Andrey Turçak bir müddət əvvəl demişdi ki, Rusiya Xerson vilayətinə həmişəlik gəlib, buna heç bir şübhə olmamalıdır. Region administrasiyasının rəhbəri Vladimir Saldo isə vurğulayıb ki, Xerson artıq böyük bir ailənin – Rusiya Federasiyasının ayrılmaz hissəsidir.