azia.az
azia.az

Rusiyadan Ərdoğana cavab: “15 iyulu unutmayın”

30-11-2016, 12:36

Rusiyadan Ərdoğana cavab: “15 iyulu unutmayın”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Əsədin devrilməsi haqqında dedikləri nə Suriyadakı situasiyaya, nə də ki Moksva-Ankara münasibətlərinə təsir edir

Bunu Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Viktor Ozerov söyləyib.

Onun sözlərinə görə, Ərdoğan bu tip bəyanatlar verəndə bir müddət öncə özünə qarşı baş vermiş dövlət çevriliş cəhdini unudur:

“Böyük ehtimalla Ərdoğanın bu çıxışı Suriyada geniş kürd muxtariyyətinin yaradılması ilə bağlıdır. Ərdoğan bir müddət öncə Türkiyədə baş verənləri unutmamalıdır”.

Qeyd edək ki, dünən Qüds konfransında çıxışı zamanı Türkiyə prezidenti Ankaranın Suriyaya Əsədin hökmranlığına son qoymaq üçün girdiyini bildirib.(axar.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi