"Heç kimin ağlına gələ bilməzdi ki, Mərkəzi Bankın ehtiyatları dondurulacaq" - Lavrov
"Dörd həftə əvvəl Vladimir Putin öz qüvvələrini Ukraynaya göndərdikdən sonra Rusiyaya qarşı bir sıra ağır tədbirlər görülüb. Bəlkə də bunlardan ən dramatiki Rusiyanın Mərkəzi Bankına qarşı sanksiyaların tətbiqi olub, Moskvanın öz pullarının böyük hissəsini əldə etməsinə mane olub".
Xəbər verilir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov universitet tələbələrinin qarşısında çıxış edərkən deyib.
Nazir bunun gələcəyini görmədiyini etiraf edib və bu addımı "oğurluq" adlandırıb.
S.Lavrov Rusiyanın Beynəlxalq Münasibətlər Universitetinin tələbələri qarşısında deyib:
“Qərbin hansı sanksiyaları tətbiq edəcəyini proqnozlaşdıranların heç biri ağlına belə gətirə bilməzdi ki, Mərkəzi Bankın ehtiyatları dondurulacaq. Bu, sadəcə oğurluqdur”.