azia.az
azia.az

Aİ məxfi məlumatların Ukraynaya ötürülməsinə dair sazişi təsdiqləyib - “Bloomberg”

23-03-2022, 17:23

Aİ məxfi məlumatların Ukraynaya ötürülməsinə dair sazişi təsdiqləyib - “Bloomberg”
Avropa İttifaqı Ukrayna ilə peyk görüntüləri kimi məxfi məlumatların rəsmi Kiyevlə paylaşılmasına icazə verən sazişi təsdiqləyib. Xəbər verilir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb. Mənbələr bildiriblər ki, müqavilə ilkin olaraq bir il üçün nəzərdə tutulub və uzadıla bilər. Agentlik əlavə edib ki, bu qərarla bağlı Aİ səfirləri artıq məlumatlandırılıb. Xatırladaq ki, fevralın 28-də Aİ diplomatı Cozef Borrell Avropa İttifaqının Ukraynaya geoməkan məlumatları qəbul etmək və təhlil etmək üçün öz resurslarını səfərbər edəcəyini bildirmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi