Narkotikin keyfiyyətini yoxlamaq üçün polis çağırdı
ABŞ vətəndaşı bardan aldığı metamfetaminin keyfiyyətini yoxlamaq üçün polis çağırıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Florida ştatından olan 41 yaşlı Tomas Yudjin Koluççi polisə zəng edib və onun narkotik vasitəsini yoxlamağı xahiş edib.
Amerikalı bildirib ki, o, bu maddəni yerli bardan alıb və onun təsiri həmişəki kimi olmadığı üçün zabitlərə onun rəsmi yoxlanılmasını təklif edib.
Polislər kişinin evinə gəldikdə, o, onlara iki paket qadağan olunmuş maddə təqdim edib, "təcrübəli narkotik aludəçisi" olduğunu və bu məhsulda isə açıq-aydın yanlış bir şey olduğunu bəyan edib. O, bu yolla digər insanları keyfiyyətsiz narkotik almaqdan qorumaq istədiyini də bildirib.
Polis dərhal Koluççini həbs edərək bölməyə aparıb. Daha sonra o, narkotik saxlamaqda ittiham edilib və 7000 dollar girov müqabilində sərbəst buraxılıb.
Bu arada, Ernando dairəsinin polis şefi sosial mediada yeni bir xidmətin reklamına başlayıb.
“Əgər siz və ya tanıdığınız kimsə qadağan olunmuş maddələrinizin həqiqiliyinə şübhə edirsinizsə, Ernando dairəsinin polis şefinə bu yoxlama xidmətini pulsuz təqdim etməkdən məmnundur”, - məlumatda vurğulanır.