Bayden nəhayət Ukraynaya hərbi dəstək verdi - Dünyanın gözü önündə imzaladı - VİDEO
ABŞ Prezidenti Co Bayden Ukraynaya 800 milyon dollarlıq yeni təhlükəsizlik dəstəyi paketini təsdiqləyib.
Co Bayden sözügedən sənədi dünyanın gözü qarşısında canlı olaraq imzalayıb.
"Qərarlıyıq, Putin çox ağır əvəz ödəyəcək. Qarşıdakı günlərdə daha da çox işlər görəcəyik. Biz Rusiya iqtisadiyyatının belini qırırıq. Hər şeyi edəcəyik ki, Ukraynada heç vaxt Putinin qələbəsi olmasın".
Qeyd edək ki, təhlükəsizlik dəstəyi paketinə 9 min tank əleyhinə silah, 7000 min avtomat, 20 milyon güllə, 800 zenit-raket kompleksi, PUA-lar və.s daxildir.