NATO qoşunlarının ölkəyə gəlməsinə razılıq verildi
Slovakiya parlamenti NATO-nun xarici əsgərlərinin ölkə ərazisində dilokasiyasına icazə verib. Hərbi kontingentin say həddi 2100 nəfər müəyyən edilib. Slovakiyaya ilk olaraq Avropa ölkələrində dislokasiya olunmuş 1200 nəfərlik xüsusi təyinatlı qrup gələcək. Müdafiə naziri Yaroslav Nad bildirib ki, NATO qoşunları özləri ilə HHM sistemi də gətirəcək.