Türk Şəhidləri Abidəsini dağıtmaq istədilər
Martın 12-də səhər saatlarında Husi qruplaşması üzvlərinin Səna şəhərində Türk Şəhidləri Abidəsinə xain hücumunu şiddətlə qınayırıq. Yəmənlə ortaq tariximizin və köklü əlaqələrimizin əlaməti olan türklərin Yəməndəki varlığına hörmətsizlik etmək qəbuledilməzdir.![]()
Bu sözlər Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında qeyd olunub.
XİN dəyən ziyanın aradan qaldırması və cinayətkarların tezliklə cəzalandırılmasını tələb edib.
Qeyd edək ki, abidə 2011-ci ildə Abdullah Gülün Yəmənə səfərə zamanı açılıb./Axar