azia.az
azia.az

Şəhid jurnalistlərin ailə üzvləri Qubadakı "Media şəhidləri" parkını ziyarət etdilər

7-08-2021, 21:21

Şəhid jurnalistlərin ailə üzvləri Qubadakı "Media şəhidləri" parkını ziyarət etdilər
Şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvləri Quba rayonunda Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan media nümayəndələrinin xatirəsinə salınan "Media şəhidləri" parkını ziyarət ediblər.

Azia.az “Report”a istinadən xəbər verir ki, şəhidlərin ailə üzvləri parkda jurnalistlərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzüblər, ruhlarına dua oxuyublar. Onlar göstərilən diqqətə görə Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

Tədbirdə çıxış edən rayon rəhbərliyi "Media şəhidləri" parkının yaradılmasından danışıb, buranın qubalıların ziyarət yerinə çevirildiyini söyləyiblər.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən AZƏRTAC-ın əməkdaşı M.İbrahimov və AzTV-nin operatoru S.Abışov iyunun 4-də onları aparan nəqliyyat vasitəsinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində ermənilərin basdırdığı tank əleyhinə minaya düşməsi nəticəsində şəhid olublar.

Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli sərəncamı ilə hər iki şəhid jurnalist 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi