Putin nüvə başlıqlı raketləri hazırlıq vəziyyətə gətirdi
Rusiya prezidenti Vladimir Putin "Qərbdəki aqressiv bəyanatlara” cavab olaraq, Müdafiə Nazirliyinə Rusiya çəkindirmə qüvvələrini xüsusi döyüş növbətçiliyi rejiminə keçirməyi əmr edib. Bu barədə TASS məlumat yayıb.
Putin Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə qeyd edib ki, Qərb Moskvaya münasibətlərdə "aqressiv bəyanatlara” yol verir.
"Buna görə də müdafiə nazirinə və Baş Qərargah rəisinə Rusiya ordusunun çəkindirmə qüvvələrini xüsusi döyüş növbətçiliyi rejiminə keçirməyi əmr edirəm”, - deyə o bildirib.