azia.az
azia.az

Ərdoğan: “Möhtərəm dostum Putinin dəstəyinə ehtiyacım var”

24-10-2016, 13:24

Ərdoğan: “Möhtərəm dostum Putinin dəstəyinə ehtiyacım var”
"Möhtərəm dostum Putinin Yaxın Şərq böhranı və terrorla mübarizədə dəstəyinə ehtiyacım var"

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Rossiya-1" kanalında Mixail Qusmanın təqdimatında keçirilən "Formula Vlasti" proqramında söyləyib.

Rusiya və Türkiyənin iki qonşu dövlət olduğunu və sülh üçün birlikdə hərəkət etmələrinin vacibliyini vurğulayan Ərdoğan, "Bir-birimizə elə çox yaxınıq ki, məsələn, mən çağırsam, Soçidən səsimi eşidərlər, Soçidən çağırsalar, mən eşidərəm. Sülh üçün birlikdə hərəkət etmək lazımdır. Birlik və həmrəylik içərsində addım atmağımıza ehtiyac var. Bütün Rusiya xalqına öz xalqım adından səmimi arzularımı yetirirəm. Spasibo!", – Ərdoğan qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi