Putin: "Əgər bu, olmasa, biz də Türkiyə kimi ola bilərik"
Vladimir Putin dekabrın 23-də keçirilən mətbuat konfransında Rusiya Mərkəzi Bankının son faiz artımını müdafiə edib. "Əgər bu, olmasaydı, biz də Türkiyə kimi ola bilərik", - deyə Putin bildirib.
Çətin zamanlarda arxalanacaq bir yerin olması yaxşıdır. Valyuta üçün bu, inflyasiyanın qarşısını almağa qadir olan mərkəzi bank və ya investorları sakitləşdirmək üçün sabit bir hökumət ola bilər. Günümüzdə Türkiyədə bunlardan heç biri olmadığı üçün lirə köməyi başqa yerlərdən axtarmalı olub.
“Margin.az” xəbər verir ki, ötən il dekabrın 20-də prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə iqtisadiyyatını özünün yaratdığı böhrandan xilas etmək üçün qeyri-adi planını açıqlayıb.
Bu, hökumətin bəzi lirə əmanətlərini məzənnənin dəyişməsindən sığortalamasını nəzərdə tutur. Qısa müddətdə bu sxem işə yaradı. Ərdoğanın açıqlamasının ertəsi günü lirə bir aylıq itkiləri tez bir zamanda düzəltməklə rekord səviyyəyə yüksəlməyi bacarıb. Lakin burada yenə əsas faktor əmanətlərin sığortalanması deyil, lirə almaq üçün azalan ehtiyatlarından milyardlarla dollar xərcləyən mərkəzi bank idi. Bu, valyutanın bərpası dərin siyasi problemlərlə üzləşmiş Ərdoğan üçün müəyyən vaxt qazandırdı. Lakin bu, nə qədər yaxşı görünsə də, əsilində Türkiyə iqtisadiyyatı üçün riskləri artırıb.
Bu risklərin bilavasitə mənbəyi Ərdoğanın aşağı faiz dərəcələri ilə bağlı inamıdır. İllərdir o, iqtisadiyyata zidd olaraq, aşağı dərəcələrin inflyasiyanı artırmaq əvəzinə azaldacağını israr edirdi. Sentyabr ayından başlayaraq Türkiyədə inflyasiyanın 20%-ə yaxınlaşması ilə Ərdoğan mərkəzi bankı baza dərəcəsini 4 dəfə, yəni 19%-dən 14%-ə endirməyə məcbur edib. Bu, isə valyutanın çökməsinə səbəb olub.
Lirə 2021-ci ildə dollar qarşısında demək olar ki, 40% dəyər itirib.
Ərdoğan lirənin Türkiyə iqtisadiyyatı üçün faydalı olacağını, ixracı artıracağını və investorları cəlb edəcəyini düşünür. Ancaq bu fikirlə Türkiyə əhalisinin çox az bir hisssəsi razılaşır. Əhalinin təxminən üçdə ikisi kredit götürmədən əsas ehtiyaclarını ödəyə bilməyəcəklərini düşünür. Hətta əhalinin çoxu inflyasiyanın rəsmi olaraq bildirilən 21%-dən daha yüksək olduğunu düşünür.
Sürətlə artan ərzaq və enerji qiymətləri kasıblara xüsusilə ağır zərbə vurur, çünki onlar qazanclarını çox hissəsini ehtiyacları üçün xərcləyirlər. Güzəştli çörək satan mağazalarda uzun növbələr yaranıb. Real əmək haqqı kəskin şəkildə aşağı düşüb.
Ərdoğan siyasətinin lirəyə qənaət etmək sxemi əslində qənaət edənlər üçün dolayı faiz artımıdır. Plana əsasən, Türkiyə hökuməti müddətli lirə əmanət sahiblərinə valyutanın sabit valyutalara nisbətdə dəyər itirdiyi zaman bank əmanətçiyə kompensasiya ödəyəcək.
Məsələn, bir il ərzində dollar lirə qarşısında 30% möhkəmlənsəydi, illik 14% dərəcəsi olan bir bankda əmanətçi Türkiyə xəzinəsindən əlavə 16% alacaqdı. Bu sxem banklardan əmanətçilərin qaçışının qarşısını almağa kömək edə bilərdi,amma türklər əmanətlərini rekord sürətlə dollara çevirərək lirənin ucuzlaşmasına səbəb olublar. Hazırda ölkədə əmanətlərin 60%-dən çoxu xarici valyutada saxlanılır. Bəziləri isə Türkiyə banklarından əmanətlərini tamamilə götürməyi düşünürdülər.
“İnsanlar bank sisteminə inamını itirməyə başlayıdılar lakin qərar bunun qarşısını aldı”- deyə Spinn Consulting şirkətinin qurucu ortağı Özlem Derici Şengül bildirib.
Effektivliyindən asılı olmayaraq, yeni sxem dövlət maliyyəsi üçün böyük riskdir. Türkiyənin təqribən 300 milyard dollarlıq şəxsi əmanətlərinin böyük bir hissəsi zəmanətli əmanətlərə keçərsə, kəskin ucuzlaşan valyuta dövləti yüz milyardlarla lirəni təhlükə altında qoya bilər.
Standart iqtisadiyyat Türkiyəni inflyasiyanı aşağı salmaq və valyuta məzənnələrini sabitləşdirmək üçün faiz dərəcələrini artırmağa məcbur edə bilərdi. Ancaq bu, həmişəkindən daha az real görünür. Çünki Cənab Ərdoğan iqtisadçıların və işgüzar qrupların çağırışlarına məhəl qoymayaraq öz ekssentrik siyasətinə haqq qazandırmaq üçün sələmçiliyə qarşı İslam hökmünə istinad edib və prosesi davam etdirir.
Sadiq media orqanları Ərdoğanın bu addımını ustalıq kimi qiymətləndiriblər. Dekabrın 27-də Türkiyənin keçmiş mərkəzi bank rəhbəri Durmuş Yılmaza və ən azı 25 nəfərə qarşı pul siyasətini tənqid etdiklərinə və bəyənmədiyi digər bəyanatlara görə cinayət işi açılıb.
D.Yılmaz prezidenti ölkəni cəfəngiyyat ideyalar üçün “laboratoriyaya” çevirməkdə ittiham etmişdi.