İsraildə COVID-19-a qarşı hazırlanan dərmanın istifadəsinə icazə verildi
İsrail Səhiyyə Nazirliyi ABŞ-ın Pfizer şirkəti tərəfindən COVID-19-a qarşı hazırlanan “Paxlovid” dərmanından ölkədə istifadəsinə icazə verib. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, artıq Səhiyyə Nazirliyi ilə "Pfizer" şirkəti arasında “Paxlovid”in alınması ilə bağlı müqavilə imzalanıb və yaxın günlərdə preparatın İsrailə göndərilməsi gözlənilir.
“Paxlovid” yüngül və orta dərəcəli koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulub.