Erməni deputatlar dilənçi pulu alır – Xaçatur Sukiasyandan ŞOK AÇIQLAMA
“Ermənistanda təəssüf ki, deputatlar cüzi maaş alırlar, söhbət yalnız deputatlara aid deyil. Bu dilənçilərə verilən sədəqəni xatırladır”, -Alp.az xəbər verir ki, bunu deputat Xaçatur Sukiasyan jurnalistlərə müsahibəsində bildirib.
“Əmək haqlarının azlığına görə dövlət orqanlarında heç kim işləmək istəmir . Məhz bu səbəbdən dövlət orqanlarında çoxsaylı vakant yerlər mövcuddur”, – deyə Xaçatur Sukiasyan bildirib.
“Ona görə də biz maaşları xeyli artırmalıyıq ki, dövlət orqanlarına, parlamentə yaxşı kadrlar gəlsin”, – Sukiasyan bildirib.