SON DƏQİQƏ: Putin karantin altına alındı
Rusiya prezidenti Vladimir Putin karantin altına alınıb.
Azia.az xəbər verir ki, bu barədə o, tacik həmkarı Emaməli Rəhmonla telefon danışığında bildirib. Putinin sözlərinə görə, ətrafındakı şəxslərdə koronavirus aşkarlandığı üçün o, karantina alınıb. Bu səbəblə Putin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında və Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin prezidentlərinin zirvəsində və digər tədbirlərdə video formatda iştirak edəcək.
Qeyd edək ki, Valdimir Putin ötən gün suriyalı həmkarı Bəşər Əsədlə görüşmüşdü.