azia.az
azia.az

KARANTİN CƏRİMƏLƏRİ LƏĞV EDİLDİ

30-08-2021, 15:02

KARANTİN CƏRİMƏLƏRİ LƏĞV EDİLDİ
Gürcüstanda karantin qaydalarının pozulmasına görə tətbiq edilən, lakin ödənməmiş cərimələr əfv edilir.

Azia.az xəbər veriri ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili keçirdiyi brifinqdə bildirib.

O deyib ki, özünütəcrid və karantin qaydalarının pozulmasına, tibbi maska taxmamağa görə barələrində cərimə tətbiq edilən şəxslər parlamentə təqdim edilən iki qanun layihəsi əsasında ödənişdən azad ediləcək.

İ. Qaribaşvili qeyd edib ki, 245 min vətəndaş, habelə 344 hüquqi şəxs bundan yararlanacaq.

Əfv olunan cərimələrin ümumi məbləğinin 76 milyon lari (41 milyon manat) təşkil edəcəyi bildirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi