azia.az
azia.az

MN: “Andiçmə mərasimi xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınaraq keçirilib”

8-08-2021, 17:09

MN: “Andiçmə mərasimi xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınaraq keçirilib”
Bu gün avqustun 8-də Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Azia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınaraq andiçmə mərasimində əsgər yaxınları ilə şəxsi heyətin görüşləri təşkil edilməyib. Andiçmə mərasimləri Kütləvi İnformasiya Vasitələri tərəfindən işıqlandırılıb, hərbi qulluqçulardan müsahibələr alınıb və ilk dəfə olaraq gənc əsgərlərin ailələri ilə (onlayn formatda) videogörüntülü əlaqə qurması üçün şərait yaradılıb.

Andiçmə mərasimi bütün hərbi hissələrdə hərbi rituallara uyğun və xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınaraq keçirilib.

Bəzi vətəndaşlar pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərini və hərbi hissənin ərazisinə daxil olma qaydalarını kobud şəkildə pozmaqla hərbi hissənin ərazisinə daxil olmağa, əsgərlərlə görüşməyə cəhd ediblər.

Hərbi hissə komandanlığı bu cür addımların qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər görüb. Lakin uzaq rayonlardan gələn bəzi valideynlərin israrlı xahişləri və uzaq yol qət etdikləri nəzərə alınaraq xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməklə hərbi qulluqçularla qısamüddətli görüş üçün şərait yaradılıb.

Bildiririk ki, COVİD19 virusunun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının tələblərinə müvafiq olaraq əsgər valideynlərinin və yaxınlarının şəxsi heyətlə görüşlərinə ciddi məhdudiyyətlər tətbiq olunur.

Əsgərlərin yaxın ailə üzvləri və qohumlarının bu tədbirlərdə ordu sıralarında COVİD-19 pandemiyasının yayılmasının qarşısını almaq üçün ölkə miqyasında və orduda tətbiq olunan karantin qaydalarına ciddi riayət etməyə çağırırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi