Bu vəzifəli şəxslər cəzalandırılacaq - Dəyişiklik
Azərbaycanda "Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq müəyyən edilən şəxsi işin aparılması qaydalarının tələblərini pozanlar cərimələnəcəklər.
Bbununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni - 600-1 (şəxsi işlərin aparılması qaydalarının pozulması) maddəsi əlavə edilir.
Maddəyə əsasən, "Dövlət Qulluğu haqqında” qanuna uyğun olaraq müəyyən edilən şəxsi işin aparılması qaydalarının tələblərinin kadr qurumlarının vəzifəli şəxsləri tərəfindən pozulmasına görə 400 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Layihə Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.