azia.az
azia.az

Jirinovski: ABŞ 2030-cu ilə qədər bütün ölkələrdən çıxacaq

17-08-2021, 18:12

Jirinovski: ABŞ 2030-cu ilə qədər bütün ölkələrdən çıxacaq
ABŞ-a zaman lazımdır ki, bütün dünya ölkələrindən, o cümlədən əfqan ssenarisinin təkrarlana biləcəyi Ukraynadan getsin.

Azia.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib. O, bundan sonra bütün dünyada müharibələrin dayanacağını, sivilizasiyaların özlərinin istədiyini yaşayacağını bildirib:

“Əfqanıstanın ardınca Ukraynadan da getmək lazımdır ki, Kabil ssenarisi təkrarlanmasın, Ukrayna məmurları Amerika maşınlarına qoşulub qaçmasınlar”.

O, Əfqanıstandan sonra ABŞ-ın bütün Yaxın Şərqdən ordularını çıxartması gərəkdiyini deyib:

“Amerika Əfqanıstandan getdi və zamanla bütün ölkələrdən çıxacaq. 2030-cu ilə qədər yeni Kanada və ya Avstraliyaya çevriləcək və planetdə sakitlik olacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi