SON DƏQİQƏ: ATƏT-in Minsk qrupundan XİN başçılarının görüşü ilə bağlı BƏYANAT
ATƏT-in Minsk qrupunun həmsədrləri Cenevrədə baş tutan Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilə bağlı bəyanat yayıb.
Bununla bağlı ATƏT-in rəsmi saytında məlumat yerləşdirilib:
sədrlər tərəfləri dərhal humanitar atəşkəs də daxil olmaqla, götürdükləri öhdəliklərə tam əməl etməyə çağırırlar
•Tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki və ya qeyri-hərbi hədəfləri hədəf almayacaqlar
•Tərəflər BQXK-yə lazımi təhlükəsizlik zəmanətini verərək döyüş sahəsindəki qalıqların toplanmasında və mübadiləsində fəal iştirak edəcəklər.
•Tərəflər bir həftə ərzində BQXK-ya giriş və mümkün mübadilə üçün həbsdə olan əsirlərin siyahısını təqdim edəcəklər.
•Tərəflər 10 oktyabr birgə bəyanatının 2-ci bəndinə uyğun olaraq atəşkəsin təsdiqlənməsi üçün mümkün mexanizmlərlə bağlı yazılı şərh və suallar təqdim edəcəklər.
•Tərəflər 10 oktyabr birgə bəyanatının 3-cü bəndinə uyğun olaraq hərtərəfli həllin əsas elementləri ilə bağlı mövqelərini aydınlaşdırmağa yönəlmiş açıq və əsaslı danışıqlar aparacaqlar.