Peterburqda Türkiyə və Azərbaycan əleyhinə təbliğat aparan şəxslər həbs olundu
Sankt-Peterburq şəhərində Türkiyə konsulluğu yaxınlığında plakatlar yapışdıran “E.V Limonovun Başqa Rusiyası” partiyasının iki fəallı polis tərəfindən saxlanılıb.
Azia.az xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.
“Peterburqda Türkiyə konsulluğu yaxınlığında Türkiyənin Qarabağda “təcavüzü”nə qarşı təbliğat vərəqələri yapışdıran Debenok Semyon və Qordeyeva Yevgeniya saxlanılıblar” – məlumatda deyilir.
Saxlanılan şəxslərə “xırda xuliqanlıq” ittihamı irəli sürülüb.