İranda güclü qar faciəyə səbəb oldu
İranın şimalındakı Gilan əyalətində yağan qar azı 7 nəfərin həyatına son qoyub. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, onlardan 5-i torpaq sürüşməsi, 2-si isə Rəştdə damın uçması nəticəsində dünyasını dəyişib. Qar yağmağa davam etdiyindən əyalətin təhsil departamenti məktəblərdə tətil elan edib.
Əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində və rabitə əlaqəsinin təminatında fasilələrə səbəb olub.