Rusiyanın Azərbaycanla sərhəd rayonunda əməliyyat keçirilir
Bu gün Dağıstanın Azərbaycanla sərhəd Məhərrəmkənd rayonunda antiterror əməliyyat rejimi elan edilib.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Dağıstan üzrə Operativ Qərargahın nümayəndəsi elan edib.
Bu gün səhər saat 5:30 radələrindən Məhərrəmkənd rayonunda terrorçular və onlara yardım edənlər axtarılır.