azia.az
azia.az

Generalın rütbəsi mayora endirildi

25-02-2020, 02:26

Generalın rütbəsi mayora endirildi
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Daxili İşlər naziri, general-leytenant İsgəndər Mulikovu vəzifəsindən qovub, rütbəsini mayora qədər endirərək onun bütün dövlət mükafatlarını ləğv edib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Prezident hökumətin və Milli Təhlükəsizlik Şurasının birgə iclasında belə qərar qəbul edib. Berdiməhəmmədov bu qərarını işdə ciddi nöqsanların olması, vəzifə səlahiyyətlərindən sui-istifadə, kobud qanun pozuntuları ilə əlaqələndirib.
O, Məmmədxan Çakıyevi yeni Daxili İşlər naziri təyin edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi