“Azərbaycanda Kür və Sarısu balığı adı altında satılan balıqların yetişdirildiyi gölə kanalizasiya suyu axıdılır.”
Bu barədə AzNews.az-a Sabirabad şəhəri Q.Namazəliyev küçəsi dal.2,ev 12 ünvanda yaşayan Loğman Əliyev məlumat verib. Onun sözlərinə görə, Sabirabad rayonunda insan həyatı üçün təhlükəli olan bu balıqları yetişdirən göl sahibkar Əlikram Əliyevə məxsusdur:
“Rayonun Qasımbəyli ərazisində Camallı və Əsgərbəyli kəndində balıq gölü vardır. Balıqları yemləmək üçün kanalizasiya maşınlarının daşıdığı tullantılar gölə buraxılır. Sahibkar düşünür ki, bu balıqlar üçün ən “yaxşı” yemdir. Ən dəhşətlisi isə ərazi icra nümayəndəsi və bələdiyyə sədri Cəmil Məmmədovun bundan xəbəri var. Onlar üçün müqəddəs amal yoxdur, təki pul olsun, cib dolsun. Bundan əlavə Sabirabadın Şəhriyar kəndindəki balıq gölündə də belə xoşagəlməz hallar baş verməkdədir. Həmin balıqlar Şəhriyar köçkün düşərgəsinin bazarında vicdansızcasına Kür və Sarısu balığı adı ilə alıcılara baha qiymətə satılır.”
Şikayətçi qeyd edib ki, məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinə müraciət edilib.