"Məhkəmə hakimiyyətinin itirilmiş nüfuzunu..." - Millət vəkili Çingiz Qənizadədən sensasion müsahibə - VİDEO
Millət vəkili Çingiz Qənizadə məhkəmə hakimiyyətinə dair prezident İlham Əliyevin verdiyi fərmanı şərh edib. Realtv.az saytına verdiyi müsahibədə o, məhkəmə hakimiyyətini və hakim korpusunu sərt tənqid edib. Millət vəkili deyib ki, məhkəmə hakimiyyətinə xalqın etimadı qalmayıb, hakim korpusu içərisində korrupsiya və rüşvətə qurşanma halları var. Bunu da bütün ölkə ictimaiyyəti bilir. Prezidentin məlum fərmanı bu etimadsızlığı aradan qaldırmaq, neqativləri düzəltmək və məhkəmə hakimiyyətini yeniləmək üçün inqilabi bir addımdır. Musavat.com mütəxəssis dəyərləndirməsi olan həmin müsahibəni təqdim edir.