azia.az
azia.az

Çingiz Qənizadə "Azərbaycan Polisinin 100 illiyi medalı" ilə təltif olundu

31-08-2018, 08:24


Daxili İşlər Naziri Ramil usubov bununla bağlı əmr imzalayıb

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" medalı ilə təltif olunub. Bununla bağlı Daxili İşlər Naziri Ramil Usubov əmr imzalayıb.

Çingiz Qənizadə Avtosfer.az-a açıqlamasında bu medalla təltif olunmasından qürur duyduğunu və bununla bağlı nazir Ramil Usubova təşəkkür məktubu göndərdiyini bildirib.

Məktubda millət vəkili Azərbaycan polisinin uğurlu fəaliyyətini xüsusi vurğulayaraq, ictimai-siyasi sabitliyin bərqərar olunması və qorunub saxlanması, cinayətkarlıqla mübarizədə, xalqımızın təhlükəsizliyini təmin edilməsində yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirən polis əməkdaşlarının işini yüksək qiymətləndirdiyini qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi