azia.az
azia.az

Penitensiar xidmət 13 saylı həbsxanada məhbusların döyülməsi barədə məlumatı təkzib edir

1-04-2019, 09:49

Məhbuslar Fətulla Əlimədətov və Şamo Cəfərov Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 13 saylı islah müəssisəsinin saxlanma rejimini pozublar və cərimə təcridxanasına yerləşdiriliblər. İşgəncələr və həmin məhbusların döyülməsi ilə bağlı məlumat həqiqətə uyğun deyil.
Penitensiar xidmət 13 saylı həbsxanada məhbusların döyülməsi barədə məlumatı təkzib edir
Bunu virtualaz.org-a müsahibəsində Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıxov bildirib.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Qaradağ rayon Puta qəsəbəsində yerləşən 13 saylı həbsxanasında məhbusların incidilməsi barədə virtualaz.org-a həmin məhbuslar Fətulla Əlimədətovla Şamo Cəfərovun qohumları xəbər veriblər.

Onların sözlərinə görə, qəsdən adam öldürməyə görə cəza çəkən Fətulla Əlimədətov və quldurluq ittihamı ilə həbs edilən Şamo Cəfərov döyülüblər və sonradan onları cərimə təcridxanasına salıblar.

"Onlar hazırda çarmıxa çəkilmiş vəziyyətdədir, onları incidirlər", - deyə adının açıqlanmasını istəməyən məhbus yaxını deyib.

Bildirilir ki, buna səbəb məhbusların rejim pozuntusudur.

"Onlar barakda say yoxlamasından sonra çay içiblər. Buna görə də, həbsxana rəhbərliyi tərəfindən belə cəzalandırılıblar", - məhbusun qohumu deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi