Azercell-dən 100 000 AZN-ə qədər hədiyyə qazanmaq imkanı
Azia.az xəbər verir ki, “Azercell Telekom” MMC 2019-cu ildə də abunəçiləri üçün sərfəli kampaniyalar təqdim etməyə davam edir. Azercell bu dəfə “ABC Content” MMC ilə birgə reallaşdırdığı yeni "Azercell-dən Hədiyyəli Balans” adlı stimullaşdırıcı tirajlı lotereya ilə Sim-Sim abunəçilərini sevindirir. Kampaniya 24 yanvar - 29 dekabr 2019-cu il tarixləri ərzində keçiriləcək. Azercell abunəçiləri müxtəlif ödəmə üsulları ilə (Simkredit və Paycell istisna olmaqla) balanslarını ən azı 1 AZN məbləğində artırıb, 5353 qısa nömrəsinə boş SMS göndərməklə (SMS ödənişsizdir) lotereya iştirakçısı ola bilərlər.
Qeyd olunan müddət stimullaşdırıcı tirajlı lotereyaya qoşulan Sim-Sim abunəçiləri Azercell-dən xallar və hədiyyələr qazanma imkanı əldə edəcəklər:
- Hər gün 1000 AZN
- Hər ay 10,000 AZN
- 100 000 AZN-ə qədər SUPER HƏDİYYƏ
Hər bir iştirakçı www.hediyyelibalans.az internet səhifəsinə daxil olmaqla lotereyanın iştirak şərtləri, tirajların keçirilmə qrafiki və qaliblər barədə məlumatlarla tanış ola bilər. Qeyd edək ki, lotereyada yalnız 18 yaşına çatmış abunəçilər iştirak edə bilər.
Kampaniyaya qoşulun və Azercell-dən 100 000 AZN-ə qədər hədiyyə qazanmaq imkanı əldə edin!
Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/hediyyelibalans/
səhifəsinə daxil olun.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İns
k göstəricilər nümayiş etdirmişdir.