azia.az
azia.az

Azercell NNTV xidmətini təqdim edir.- Artıq mobil telefonda 150 televiziya kanalını izləmək imkanından zövq al

18-01-2019, 17:45

Azercell NNTV xidmətini təqdim edir.- Artıq mobil telefonda 150 televiziya kanalını izləmək imkanından zövq al
Azia.az xəbər verir ki, “Azercell Telekom” MMC abunəçilərinə mobil telefonda teleyayım imkanlarını yaradan NNTV xidmətini təqdim edir. Bu xidmət vasitəsilə Azercell abunəçiləri 150 televiziya kanalını internet üzərindən onlayn surətdə və yüksək keyfiyyətdə izləmə imkanı əldə edirlər.

NNTV xidməti heç bir əlavə avadanlıq (kabel, anten və s.) olmadan telekanallara abunə olmaq imkanı yaradır. Bu texnoloji yenilik sayəsində telekanalları istənilən yerdə, istənilən provayderin şəbəkəsində yüksək keyfiyyətdə - HD formatda izləmək mümkündür. Dünyanın ən məşhur və ən çox izlənilən kanallarını smartfona daşıyan NNTV xidmətinin əsas üstünlüyü ondadır ki, abunəçi bu kanalları yalnız ölkə ərazisində deyil, xaricdə olarkən də izləyə bilər. Bundan əlavə, kanaldan müəyyən video məzmunu yükləyib sonra da izləmək mümkündür.

Mobil TV xidmətindən yararlanmaq istəyən abunəçilər günlük və ya aylıq paketi seçə bilərlər. Aylıq paketi aktiv etmək üçün AY sözünü, Günlük paketi aktiv etmək üçün isə GUN sözünü yazıb 5773 nömrəsinə göndərmək lazımdır. Kanalları izləyə bilmək üçün xidmətə qoşulduqdan sonra Google Play (Android) və App Store (iPhone) platformalarından NNTV mobil tətbiqini yükləmək lazımdır.

NNTV xidməti ilə bağlı ətraflı məlumatla www.azercell.com saytından tanış olmaq mümkündür.

Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/services/partner_services/nntv/ səhifəsinə daxil olun.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi