Mərkəzi Bank uğrunda Fəxri Kazımov Elman Rüstəmov “savaş“ı - Xanhüseyn Kazımlının “vurulması”nın pərdəarxası
Xanhüseyn Kazımlının "vurulması”nın pərdə arxasında Mərkəzi Bankın sədri Elman Rüstəmov dayanır..
Xahhüseyn Kazımlının oğlu Fəxri Kazımovun Mərkəzi Banka sədr getmək həvəsinə düşməsi Elman Rüstəmovu ata və oğula qarşı çıxmağa vadar edib.
Son günlər Azərbaycan parlamentinin əməkdar üzvlərindən biri Xanhüseyn Kazımlının "vurulması” prossesi başlayıb. Hər halda iki gün dalbadal Xanhüseyn Kazımlının mətbuatın manşetlərinə daşınması bundan xəbər verir. Bəs yaşlı və xəstə Xanhüseyn Kazımlının "vurulması” və nüfuzdan salınması kimə lazımdır?
Azia.az xəbər verir ki, bu barədə pia.az-ın əldə etdiyi məlumata görə Xanhüseyn Kazımlının "vurulması”nın pərdə arxasında Mərkəzi Bankın sədri Elman Rüstəmov dayanır. Belə ki, Xahhüseyn Kazımlının oğlu Fəxri Kazımovun Mərkəzi Banka sədr getmək həvəsinə düşməsi Elman Rüstəmovu ata və oğula qarşı çıxmağa vadar edib.
Əldə etdiyimiz məlumata görə Xanhüseyn Kazımlı bu günə qədər göstərdiyi xidmətlərin əvəzinə oğlunun Mərkəzi Bnaka sədr gətirilməsini xahiş edib. Eyni zamanda Fəxri Kazımovun da orda-burda Elman Rüstəmovun arxasınca danıışmasını Elman Rüstəmova çatdırıblar və bundan sonra Elman Rüstəmov ata və oğulun nüfuzdan salınması üçün təbliğata başlamaq təlimatı verdiyi bildirilir.
Araşdırma nəticəsində məlum olub ki, Xanhüseyn Kazımlının ailə üzvləri girov müqabilində külli miqdarda kredit götürüblər və bu kredit aylardır ki, ödənilmir, fazilər üst-üstə yığılıb qalıb. Krediti verən bank da Fəxri Kazımovun qorxusundan sanksiya tətbiq edərək girovu Xanhüseyn Kazımlının qohumlarından ala bilmir. Məsələ Elman Rüstəmova məruzə edildikdən sonra bunu fürsət bilən Mərkəzi Bankın sədri dərhal sanksiya tətbiq edilməsi barədə göstəriş verib. Nəticədə bank sözü keçən villanı Kazlmlılar ailəsindən alaraq özününküləşdirib. Eyni zamanda bu barədə məlumat mətbuata ötürülüb.
Qeyd edək ki, Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımov İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədridir. O bu vəzifəyə 2017-ci ildə təyin edilib. Bir çox maliyyə qurumlarında çalışan Fəxri Kazımov eyni zamanda Fəxri Kazımov Elman Rüstəmovun köməkçisi, daha sonra isə Milli Bankın İcra Aparatının rəhbəri də olub. 2008-ci il yanvarın 17-də Milli Bankın nəzdində Azərbaycan İpoteka Fondunun icraçı direktoru vəzifəsinə təyin olunub. 2017-ci ildə isə prezidentin fərmanı ilə İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.
Fəxri Kazımovun karyera yüksəişində baş bankirin müstəsna xidmətləri var. Lakin bütün bunları unudan Kazımlılar ailəsi Rüstəmova qarşı belə bir addımlar atıblar.