265 vakant vəzifəyə işçi axtarırlar – Müsahibə
Dövlət qulluğuna qəbul üçün 17 sentyabr 2018-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki tərtib edilib.
Reyting.az Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, müsahibələrin 2018-ci il 31 oktyabr - 6 dekabr tarixlərində keçirilməsi planlaşdırılır.
Müsabiqə üzrə müsahibə elanı çərçivəsində 12 dövlət orqanında mövcud olan A və B növü inzibati dövlət qulluğu vəzifələrinə aid olan 265 vakant vəzifə müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə ümumilikdə 639 namizəd qeydiyyatdan keçib və həmin namizədlərlə 1853 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən yüksək müsabiqə vəziyyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Xətai rayonu regional bölməsində məsləhətçi (1 vakant yer üzrə 129 namizəd) və Binəqədi rayonu regional bölməsində məsləhətçi (1 vakant yer üzrə 114 namizəd), eyni zamanda Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsində müsahibəyə çıxarılan vəzifələr üzrə qeydə alınıb.