Diqqət! “Azercell” Astaraya gedənlərin telefonunda rouminqi aktivləşdirib borc yazır – Foto
Tribuna.az xəbər verir ki, bu sözləri sosial şəbəkədə şikayətçi İlkin Həsənov yazıb. O bildirib ki, yaxın günlərdə Astara rayonuna gedib və orada “Azercell” nömrəsi romingə qoşulub:
“Bu “xidmət” qarşılığında mobil operator mənə 43 manat borc yazıb. Bununla bağlı məlumat mərkəzinə zəng edib bildirsəm də “Azercell” israrla borclanmanın obyektiv olduğunu və məbləği ödəməli olduğumu bildirir.
Əgər elədirsə mən hər ay öz ölkəmdə istifadə etmək üçün niyə aylıq abunə haqqı ödəyib internet və danışıq paketi götürürəm? Yoxsa Astara başqa ölkənin rayonudur? Bu nə absurd yanaşmadır?”.
Məsələ ilə bağlı “Azercell Telekom”un mövqeyini öyrənməyə çalışsaq da, cəldlərimiz baş tutmadı. Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul