azia.az
azia.az

Azərbaycanda ət bahalaşacaq - SƏBƏB BUDUR

Bu gün, 18:16

Azərbaycanda ət qiymətləri yenidən gündəmdədir. Bir tərəfdən ət idxalının həcmi, digər tərəfdən havaların isinməsi fonunda heyvandarlıq sahəsində yaranan çətinliklər bazarda qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallar doğurur. Xüsusilə, Qurban bayramı ərəfəsində bahalaşma ehtimalı daha çox müzakirə olunur. Görəsən, idxalın artması və iqlim amilləri ət qiymətlərinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, idxalın artması ətin qiymətində ucuzlaşma tendensiyası yarada bilər.


İqtisadçı Akif Nəsirli: "Hökumət gərək özünü aldatmasın, iqtisadiyyatın  bütün seqmentlərində rəqabət mühiti formalaşdırsın"

“Xaricdən gətirilən məhsullar bazarda rəqabət mühiti formalaşdırır və bu yerli ətin qiymətinə aşağı salıcı təsir göstərir.

İdxal həcmi artarsa, sahibkarlar bazarı daha rahat tənzimləyə bilər və kəskin bahalaşma gözlənilmir. Amma idxalın , heyvan sayının azalması və sabit tələbat qiymət artımını şərtləndirən əsas amillərdir”.

Ekspert qeyd edib ki, havaların isinməsi isə əksinə, ətin bahalaşmasına səbəb ola bilər. Onun sözlərinə görə, iqlim dəyişikliyi, örüş torpaqlarının azalması və yaylaqların məhdudlaşması heyvandarlığa mənfi təsir göstərir:

“Otlaq sahələrinin daralması və yem xərclərinin artması istehsal həcmini azaldır. Bu isə avtomatik olaraq ətin qiymətinə təsir edir.

İdxalın artması ilə iqlim faktorunun yaratdığı bahalaşma riski müəyyən qədər kompensasiya oluna bilər. Bu ilin əvvəlindən ət idxalının azalması və Qurban bayramı ərəfəsində tələbatın artması qiymətlərə əlavə təzyiq yaradır”.

Ekspertin fikrincə, mövcud şəraitdə ət bazarında bahalaşma riskləri daha güclü görünür.

Aynurə İsmayıl


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi