azia.az
azia.az

İcra başçısı baş memarı işdən çıxardı

6-02-2026, 18:02

Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) Baş memarı vəzifəsindən azad edilib.


Azia.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Vüqar Novruzov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, RİH-in Baş memarı Vüqar Hacıyev vəzifəsindən azad edilib. Hazırda bu vəzifə vakansiyaya çıxarılıb.

Xatırladaq ki, V.Novruzov ötən ilin noyabrın 12-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi