azia.az
azia.az

Biləcəridə ağaclar quruyub, hər an faciə ola bilər, aidiyyatı qurumlar 6 AYDIR susur-DİQQƏT

Dünən, 12:13

Biləcəridə ağaclar quruyub, hər an faciə ola bilər, aidiyyatı qurumlar 6 AYDIR susur-DİQQƏT

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsi 19-da yerləşən "Bulaq" restoranının ərazisində qurumuş ağaclar insanlar üçün təhlükə yaradır. Bu barədə Ərazidə yaşayan vətəndaşlar ağacların insan həyatı üçün ciddi təhlükə yaradacağını düşünərək redaksiyanın qaynar xəttinə müraciət ediblər. 


Redaksiyanın əməkdaşları dərhal hadisə yerinə gedərək orada çəkilişlər edib. 9-dan yuxarı ağacın ciddi təhlükə yaratdığının lentə almışlar. Vətəndaşların verdiyi məlumata görə 6 aydır Ekologiya Nazirliyinin bu sahəyə baxan əməkdaşları əraziyə baxış keçirərək təhlükəli və qurumuş ağacları xüsusi nişanlama ilə qeydiyyata alaraq sənədləşdiriblər. Ancaq təəssüflər olsun ki, 6 ay keçməsinə baxmayaraq nazirliyin işçiləri təhlükə yaradan ağacların kəsilməsi və ərazidən aparılması barədə heç bir iş görməyiblər. Biz də redaksiya olaraq ağacların gələcəkdə faciəvi hadisəyə səbəb olmaması üçün Ekologiya nazirliyinə tədbir görülməsi üçün materialı göndəririk. 

11 saylı Ərazi Ekologiya idarəsi tərtib elədiyi aktın tələblərinə əməl etmir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi